top of page
Xuraman Həmidova

Ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliklər... - Səfir/VİDEO


Ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliklər – meşələri, evləri yandırmaları, hər şeyə bacardıqları qədər zərər vurmağa çalışmaları Süleyman Peyğəmbərin iki qadının iddiaçı olduğu körpəni həqiqi anasına necə qaytarması haqqındakı pritçanı yadıma saldı.

"DİQQƏT" xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev deyib.

“Süleyman Peyğəmbərin iki qadının iddiaçı olduğu körpəni həqiqi anasına necə qaytarması haqqındakı pritça yadınızdadırmı? Peyğəmbərin qərarı çox dəhşətli olur. Uşağı iki yerə parçalayıb hər yarısını bir qadına verməyi əmr edir. Onlardan biri tərəddüdsüz razılaşır. İkincisi isə dərhal iddiasından əl çəkib uşağın birinci qadına verilməsini istəyir. “Bilindi ki, uşağın əsl anası sənsən!” – deyə Peyğəmbər ona övladını da götürüb getməyi əmr edir.



14 views0 comments

Recent Posts

See All

Comments


bottom of page