Kəlbəcər rayonunun Heyvalı ( Drmbon) kəndində yaşayan ermənilər etiraz aksiyası keçirərək yolu bağlayıblar.
DİQQƏT.info-nun əldə etdiyi görüntülərdən aydın olur ki, ermənilər həyasızcasına rus sülhməramlıların rəhbər vəzifəli generalına Ağdərə-Vardenis yolundan istifadə etmək tələblərini çatdlrıblar. Onlar bu yoldan azərbaycanlıların rahat şəkildə istifadə etməsinə narazılıqlarını bildirməklə yanaşı, özlərinin də bu yoldan istifadə etməsini təmin etmək üşün ruslardan kömək istəyiblər. "Niyə onlar istifadə edir, icazəsiz (?) , biz də istifadə edək heç kəsdən icazə almadan..." "Biz istifadə etmiriksə, azərbaycanlılara da icazə verilməsin" deyib gülünc iddialar irəli sürüblər. Daha sonra guya azərbaycanlıların onları "qıcıqlandırdığını", "jestlər" etdiyini deyərək şikayət ediblər. "Onlara deyin ki, sabah, birisi gün insident baş verə bilər, onların hərəkətləri bizi qıcıqlandırır..." Ermənilər "şərtlər"ini yazılı şəkildə rus generala təqdim edib, yolun tez bir zamanda onlar üşün də açılmasını tələb ediblər. İstəklərinə tezliklə cavab verilməsə, hər gün aksiya keçirəcəkləri ilə təhdid ediblər.
Erməniləri dinləyən rus general yolda işləyənlərin hərbçilər deyil, adi vətəndaşlar olduğunu deyib. Azərbaycanlıların "hərəkətlərini" qınayıb, "eto konecno ne krasivo" deyərək, ermənilərin sözünə qüvvət verib və onlara xəbərdarlıq edəcəyini deyib. General yolda işləyən azərbaycanlılara telefondan istifadəni qadağan etdiyini desə də, həmin aksiyada hər kəsin əlində telefonla çəkiliş etdiyi aydın görünür. Savadsız rus general Qarabağ ərazisinə "artsax" deməklə kimin dəyirmanına su tökdüyünü anlamaq olur və niyə orada çəkiliş edənlərə qadağa etmədiyi də sual doğurur.
P.S. Rus sülhməramlılar ermənilərin nazıynan çox oynayır haa, Kərbəlayı... Bunun bir sonu olmalıdır!
DİQQƏT.info həmin görüntüləri təqdim edir:
Comments