Son günlər erməni təbliğat maşını Azərbaycana qarşı yeni iftira üsullarını dövriyyəyə buraxmaqdadır. Ermənistanın Gorus rayonunun vitse-meri İrina Yolyan iddia edib ki, ötən gecə azərbaycanlılar (?-red.) ermənilərə məxsus avtomobilə “daş atıblar”. Yolyan bildirib ki, həmin avtomobildə ölən hərbçinin meyiti aparılırmış. “İnsident 01.30-da baş verib. Sürücü maşını saxlamayaraq hərəkəti davam etdirib, ölən şəxsin meyitini Gorusa çatdırıb”, - deyə fitnəkar vitse-mer əlavə edib. Ardınca da o, mülki əhalinin təhlükəsizliyinə kim təminat verir, deyə, şivən qoparıb. Və bir neçə gün əvvəl olduğu kimi, xəbərə şüşəsi çatlamış avtomobil fotosu qoyulub.
Bizim şərh:
Xatırladaq ki, bir neçə gün əvvəl ermənilər Qarabağda da erməni nömrəli maşınlara “azərbaycanlılar tərəfindən daş atıldığını” iddia edərək hay-küy qoparmışdılar. Bundan dərhal sonra Rusiya sülhməramlıları Şuşa rayonunun Turşsu ərazisində ermənilərlə birgə növbətçilik çəkəcəklərini elan etdilər. Belə görünür Gorus təxribatında da məqsəd var. Maraqlıdır, gecə yarısı, Yolyan hardan bilib ki, daşı atan guya azərbaycanlılardır? Qarabağ hadisələrinin ilk günlərində azərbaycanlılara məxsus avtomobil və avtobusların, həmçinin Mehridən keçən qatarın daşa basılmasını biz yaxşı xatırlayırıq, bu, erməni vandallarına xas əməldir. Azərbaycan isə heç vaxt mülki əhalini hədəfə almayıb, hətta Gəncə, Tərtər, Bərdənin dinc əhalisi terrora məruz qalanda da. Heç şübhəsiz ermənilər Zəngəzurun Azərbaycanın nəzarətinə keçən hissəsində Rusiya hərbçilərin mövcudluğu və mövqe dəyişikliyinə nail olmaq üçün planlar qurublar./müsavat.com
Comments