İsraildə yaşayan ermənilər Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinin qarşısında mitinq keçiriblər. Etirazçılar İsrailin Azərbaycana ən son model silahların "nəzarətsiz satışına" son qoyulmasını tələb ediblər.
DİQQƏT.info Musavat.com-a istinadən xəbər verir ki, mitinq İsrailin Erməni İcmaları Birliyi tərəfindən təşkil edilib.
Qeyd edək ki, bu tip etiraz aksiyaları İsraildə tez-tez keçirilir. Ermənilərin tələb edirlər ki, İsrail Azərbaycana ən müasir silahların satışını dayandırsın. Təbii ki, belə aksiyalar İsrail-Azərbaycan münasibətlərinə təsir göstərmək gücündə deyil. 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan ilə İsrail arasında ilk günlərdən qarşılıqlı maraqlara söykənən münasibətlər yarandı. Bir müddət sonra isə bu münasibətlər strateji xarakter aldı. Təbii ki, illərin sınağından keçmiş bu kimi münasibətləri ermənilərin etiraz aksiyaları ilə zəiflətmək və ya məcrasından çıxarmaq mümkün deyil. İllər keçdikcə bu münasibətlərin önəmi getdikcə artır.
Yeri gəlmişkən, Ermənistan ona ən böyük dəstəyi verən İrana arxa çevirərək İsrail ilə diplomatik münasibət yaratdı. Hətta yəhudi dövlətində Ermənistan səfirliyi də açdı. Ancaq bu amil də heç bir şeyi dəyişmədi. Ara yerdə Ermənistanın İranla münasibətlərində soyuqluq yarandı.
Comments