Laçının Azərbaycana təhvil verilməsinə saatlar qalmış rayonda yaşayan ermənilər buranı tərk edib.
"DİQQƏT" xəbər verir ki, bu haqda “BBC” kanalı məlumat və video-görüntü yayıb.
Onlar rayondan çıxarkən mal-qaranı özü ilə aparır, ağacları kəsir və evləri yandırır.
Azərbaycana təhvil verilməsindən əvvəl Laçın şəhərində evlərin yandırıldığı görünür.
Laçın rayonu noyabrın əvvəlində Azərbaycan, Rusiya və Emrənistan liderlərinin birgə imzaladığı bəyanatla Azərbaycana geri qaytarılan sonuncu rayondur.
"BBC"-nin yayımladığı kadrları təqdim edirik:
Comments