top of page
Xuraman Həmidova

Ermənilər Laçın şəhərinin onların idarəçiliyində qalacağını iddia edirlər...

Media və sosial şəbəkələrdə üçtərəfli razılaşmaya əsasən dekabrın 1-də Laçın rayonunu tərk etməli olan ermənilərin qoyub getdikləri evləri yandırmaqları barədə görüntülər yayılıb.

Media və sosial şəbəkələrdə üçtərəfli razılaşmaya əsasən dekabrın 1-də Laçın rayonunu tərk etməli olan ermənilərin qoyub getdikləri evləri yandırmaqları barədə görüntülər yayılıb.

Moderator.az-ın araşdırmasından bəlli olur ki, yandırılan evlər Laçın rayon mərkəzindəki yox, bəzi kəndlərdəki evlərdir.

Erməni mediasının yaydığı məlumatdan bəlli olur ki, Laçın rayon mərkəzində qanunsuz məskunlaşmış mülki işğalçı hesab olunan ermənilərə şəhəri tərk etmək barədə nə Ermənistan hökuməti, nə də Xankəndində hələ də tör-töküntüləri qalmış separatçı-terrorçu rejim tərəfindən “rəsmi” göstəriş verilib. İşğal dövründə Laçın, Qubadlı, Zəngilan ərazilərində qondarılmış “Kaşataq rayonu”nun başçısı Muşeq Alaverdyan da News.am saytına açıqlamasında bildirib ki, ona qondarma rejim tərəfindən Laçın şəhərinin köçürülməsi haqda heç bir göstəriş verilməyib. O, “Doğrudanmı dekabrın 1-dən Laçın şəhərinin(ermənilər “Berdzor” adlandırır-S.L.) idarəçiliyi azərbaycanlılara verilir” sualına da qeyri-müəyyən cavab verib. M.Alaverdyan bildirib ki, Laçının nə ermənilərin, nə azərbaycanlıların idarəçiliyinə verilməyəcəyi, Rusiya sülhməramlılarının nəzarətində qalacağı barədə versiya da var. “İstənilən halda Laçının Azərbaycana verilməyəcəyi, ermənilərin idarəçiliyində qalacağı da istisna olunmur” - qondarma başçı belə deyib.


Separatçı erməni rejiminin saytında verilən məlumatdan da bəlli olur ki, Laçın rayonu ərazisində Azərbaycanın idarəçiliyinə veriləcək 54 "icma"dan ikisinin – Laçın şəhəri və Zabuxun adı çəkilmir...

Bu arada noyabrın 25-də Laçının qondarma meri Narek Aleksanyan Panorama.am-a verdiyi müsahibədə Laşın şəhərinin və qonşu “Axavno” adlandırılmış Zabux kəndinin köçürüləcəyİ barədə yayılan xəbərləri və təşvişi əsassız adlandırıb. Ancaq bu gün -noyabrın 26-da artıq o da həyəcan keçirir. N. Aleksanyan bu gün Panorama.am-a bildirib ki, insanlar yaxın günlərdə Laçın şəhərini tərk edəcəklər. “Rəhbərlik azərbaycanlılara keçirsə, təhlükəsizliyə zəmanət yoxdur”- deyə qondarma mer vurğulayıb.


“Kaşataq” başçısı M.Alaverdyan isə bu gün Panorama.am-a söyləyib ki, Xankəndindəki separatçı-terrorçu rejim Laçın şəhərinin ermənilərin idarəçiliyində qalması üçün bütün “diplomatik” gücünü sərf edir, guya Rusiya və Ermənistanla bu haqda danışıqlar aparır...


106 views0 comments

Recent Posts

See All

Comments


bottom of page