top of page
Xuraman Həmidova

Erməni əsgərlərinin Qarabağda səpələnmiş meyitlərini çaqqallar DİDİŞDİRİR


İki həftəlik fasilədən sonra Ermənistanın axtarış qruplarına Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında cəsəd axtarmağa icazə verilib. DİQQƏT.info xəbər verir ki, Ermənistan tərəfinin məlumatına görə, axtarışlar fevralın 15-dən dayandırılmışdı, bu gün isə bərpa olunub. Ermənistanın 4 axtarış qrupu bu gündən Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisində 44 günlük müharibədə ölmüş hərbçilərin meyitlərini axtarmağa davam edəcək. Bu arada BBC-nin Rus xidməti Qarabağ ərazisində ölüb qalmış erməni hərbçilərin meytitləri barədə tükürpədən məlumat yayıb. Laçın şəhərinə ezam olunmuş BBC jurnalistləri bildiriblər ki, kimsəsiz çöllüklərdə qalmış erməni hərbçilərin meyitlərini ac-yalavac çaqqallar didib-parçalayırlar. Bunu BBC-yə axtarış missiyasının bir üzvü etiraf edib: “Burada qördüyüm ən dəhşətli mənzərə çaqqalların tikə-tikə didib parçaladıqları cəsədlərdir”, – deyə “Qızıl Xaç”la birgə ölənlərin axtarışı işinə cəlb edilən missiya üzvü bildirib. “Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər də görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc 18-19 yaşlı erməni oğlanlarının meyitləri. Dəhşət idi…”. Axtarış missiyasının üzvü Azərbaycan hərbçilərinin humanistliyindən bəhs etməyi də unutmayıb: “Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar – beləliklə cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz çaqqalların parçaladığı bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq”, -deyə axtarış missiyasının üzvü söyləyib. Ermənistan tərəfinin məlumatına görə, 13 noyabr 2020-ci ildən bu günə kimi aparılan axtarış nəticəsində 1485 cəsəd tapılaraq aidiyyatı üzrə təhvil verilib./konkret.az

8 views0 comments

Recent Posts

See All

Comentarios


bottom of page