AzadlıqRadiosunun Erməni xidməti Şurnux kəndinin ermənilər yaşayan hissəsindən reportaj hazırlayıb.
DIQQƏT.info-nun məlumatına görə, reportajda deyilir ki, Gorus-Qafan şosesində, habelə Ermənistanın Syunik vilayətinin kəndarası yollarında silahlı azərbaycanlı əsgərləri görmək olur. Qafandan Çakaten və Şıxovuz kəndlərinə gedən yolda lövhə var. Onun üzərində “Azərbaycana xoş gəlmisiniz!” yazılıb. Bu lövhədəki yazını kimlərsə, iki gün əvvəl rənglə örtmüşdülər, amma azərbaycanlılar yeni lövhə qoyublar.
Qafanın meri Gevork Papyan deyir ki, buralarda hələlik ciddi toqquşma olmayıb, amma risk qalır. Mer iddia edir ki, Azərbaycan sərhədçiləri bu yola silahlı çıxmamalıdırlar: “Onlar yoldan daim görüntü məsafəsində olmalıdırlar”.
Qafanın 37 kəndindən 16-sı sərhədyanı kəndlərdir. Merdə düzəlişlər edildikdən sonra hazırlanmış yeni xəritə var. O bildirir ki, ermənilər sovet sərhədlərinə qayıdıblar, amma Zəngilan və Qubadlı təslim ediləndən sonra təhlükəsizlik zolağından məhrum olublar və bu səbəbdən kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirlər. Bu da qeyd olunur ki, Qafan-Çakaten yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib.
Onun sözlərinə görə torpaq şumlanıb, toxum səpilib, amma məhsulu necə yığacaqlarını bilmirlər./Yenisabah
Comentarios