top of page
Xuraman Həmidova

Erməni komandir əsgərlərini “ət maşınına” atıb qaçdı


Ermənistan mətbuatı müharibə zamanı ordudakı dərəbəyliklə bağlı məqalə dərc edib. "DİQQƏT" xəbər verir ki, "Hrapark" qəzetində yayımlanan məqalədə "kimyaçılar" adlanan hərbi qulluqçuların oktyabrın 20-dən itgin düşməsindən, indiyə qədər heç bir məlumatın olmamasından bəhs edilir. Onların təlimata uyğun getdikləri yerə çatmadan hərbi dillə desək “ətçəkən maşına” düşüblər. Beləcə komandir və müavinləri qaçıblar. Komandirin döyüş zamanı əsgərlərini atıb qaçması bəs deyil, o hələ bir kömək üçün geri də qayıtmayıb. "Zəngilandan Qafana 45 dəqiqəlik yol var. Öz canının xilas etmiş fərari komandir bir qrup hərbçini Qafanda toplayıb geri qayıda bilərdi. Ancaq bunu etmədi", - deyə itkin düşmüş əsgər Şavarş Avdalyanın qardaşı bildirib.

Nəşr daha sonra yazıb ki, itkin düşmüş hərbi qulluqçuların valideynləri, yaxınları xilas olan komandirlə görüşə bilmirlər․ Hətta məlum Kimya işləri üzrə hərbi hissə komandiri tərəfindən də qəbul edilmirlər. Yalnız hərbi hissənin keçmiş komandiri Yura Danielyan valideynləri dinləyib.

31 views0 comments

Recent Posts

See All

Comments


bottom of page