top of page

Erməni fəalın İlham Əliyevə MÜRACİƏTİ

  • Xuraman Həmidova
  • Mar 19, 2021
  • 1 min read

Erməni aktivist İşxan Verdyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

DIQQƏT.info xəbər verir ki, müraciətini feysbuk hesabı üzərindən ünvanlayan İşxan Verdyan Azərbaycan Prezidentindən Robert Koçaryan və Serj Sarksiyanın Azərbaycana ekstradisiya edilməsi üçün tədbir görməyi xahiş edib.

“Ermənistan vətəndaşı İşxan Verdyandan Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə müraciət.

Hörmətli cənab Prezident

Nəzərinizə çatdırıram ki, Robert Koçaryan və Serj Sarkisyan hazırda Ermənistan Respublikasının ərazisindədirlər. Onlar həmişəki quldur və terrorçu metodlarla hərəkət edərək dağıdıcı fəaliyyələri ilə Azərbaycan və Ermənistana ziyan vurmağa davam edirlər. Sizdən sözügedən şəxslərin Azərbaycan Respublikasına ekstradisiyası üçün bütün zəruri tədbirləri görməyi xahiş edirəm.

Hörmətlə, İşxan Verdyan, Ermənistan vətəndaşı”,- deyə müraciətdə qeyd olunub. /qafqazinfo

コメント


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page