top of page

“Elit” ordumuz cəbhə bölgəsindən qaçdı – Abramyan

  • Xuraman Həmidova
  • Dec 2, 2020
  • 1 min read

ree

İrəvan küçələrindəki etirazçılar nə məcburi hərbi xidməti başa vurub, nə də müharibəyə qatılıblar. Bunlar dırnaqarası vətənpərvərdir.

"DİQQƏT" xəbər verir ki, bu barədə tanınmayan keçmiş “dqr”in keçmiş “prezident müşaviri” Tiqran Abramyan sosial şəbəkələrdəki səhifəsində yazıb.

Onun sözlərinə görə, erməni xalqı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin ən “elit hissəsi”nin döyüş meydanından qaçdığını və ya ümumiyyətlə cəbhə bölgəsinə getməyə razı olmadığı həqiqətini unutmamalıdır.

“Nikol Paşinyan vəziyyəti o yerə gətirib çatdırdı ki, Ermənistanın sərhədləri çox həssas oldu. Ermənistan hökumətinin təlxəkliyi davam edir”, – Abramyan qeyd edib


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page