top of page

Düşmənin "xəritə oyunu" - VİDEO

  • Xuraman Həmidova
  • Feb 21, 2021
  • 1 min read

Düşmən minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir

Vətən müharibəsindən sonra Qarabağda minalanmış ərazilərdə mütəmadi olaraq mülki və hərbi şəxslərin Qarabağda minaya düşməsi ermənilərin minalanmış ərazilərin xəritəsini Azərbycana verməsi məsələsini gündəmə gətirib. Ermənistan tərəf minalanmış ərazilərin xəritəsinin onlarda olmadığını iddia etsə də, hərbi ekspertlər deyilənlərin həqiqəti əks etdirmədəyi qənaətindədilər. DİQQƏT.info Realtv.az-a istinadən xəbər verir ki, hərbi ekspert Ramil Məmmədli əlavə etdi ki, onlarda 90-ci illərdə Qarabağı işğal edərkən minaladıqları ərazilərin xəritəsi yoxdur. Amma bunu indiki vəziyyətlə əlaqələnmdirmək doğru deyil. Əks təqdirdə ermənilərin müharibəyə qədərki dövrdə minaya düşməsi faktına rast gəlmək olardı. Qeyd edək ki, beynəlxalq ekspetlər də iddia edirlər ki, Ermənistan tərəfi minaladıqları ərazilərin xəritəsini Azərbaycana verməy borcludur. Əks halda bu, hərbi cinayət hesab olunur.



Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page