top of page

Düşmən təxribatı: Bir əsgərimiz şəhid oldu, 6 erməni məhv edildi – SON DƏQİQƏ

  • Xuraman Həmidova
  • Dec 28, 2020
  • 1 min read

ree

Teleqram kanallarının yaydığı məlumata görə bu gün Xocavəndin Tuğ kəndində erməni silahlıları təxribat törədib.

DİQQƏT.info xəbər verir ki, ermənilərin təxribatı nəticəsindı Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü, çavuş Elmir Rayil oğlu Qəmbərov şəhid olduğu, daha bir əsgərimizin isə yaralandığı iddia edilir. Buna cavab olaraq ordumuzun xüsusi təyinatlıları dərhal anti-terror əməliyyatına başlayıb və Tuğ kəndində məktəbdə gizlənən 6 erməni silahlısı məhv edilib. Əməliyyatın hazırda da davam etdiyi barədə sosial şəbəkələrdə iddialar var. Yayılan iddialara görə 6 erməni məhv edilib, 6-sı əsir götürülüb. Deyilənə görə Azərbaycan tərəfdən 5 yaralı var. Sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama hələlik yoxdur.

Rəsmi məlumat olan kimi nəzərinizə çatdıracağıq.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page