top of page
Xuraman Həmidova

Dünən intihar edən 20 yaşlı qızla bağlı - RƏSMİ AÇIQLAMA


Fevralın 22-də saat 19:00 radələrində Zabrat qəsəbəsində intihar edən şəxsin kimliyi məlum olub.

DİQQƏT.info xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 20 yaşlı İsmayılzadə Fidan Nail qızı özünü Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yerləşən doqquzmərtəbəli binanın 8-ci mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğuna daxil olan məlumat əsasında, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Meyitin üzərində hündürlükdən yıxılması nəticəsində alınmış xəsarət izlərindən başqa digər şübhəli izlər müşahidə edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır./Axar.az

27 views0 comments

Recent Posts

See All

Comments


bottom of page