top of page
Xuraman Həmidova

Dövlət Gömrük Komitəsinin şöbə rəisinin məhkəmə prosesi başa çatdı - QƏRAR


Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

DİQQƏT.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, C.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, həmçinin 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

C.Babayev Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

O, daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində MMC-lərin səlahiyyətli nümayəndələrindən müxtəlif məbləğli pulu rüşvət kimi almaqda ittiham edilib.

C.Babayevə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvətalma) maddəsi ilə ittiham verilib./konkret.az

8 views0 comments

Recent Posts

See All

Kommentare


bottom of page