top of page
Xuraman Həmidova

DİN Qazaxda baş verən dava ilə bağlı məlumat yaydı


Mart ayının 3-də Qazax Rayon Polis Şöbəsinə (RPŞ) Ağstafa rayon Qırlı kənd sakinləri - Tərxan Abbasov, Arif Novruzov və Qazax rayon sakinlər Rəhim Əhmədli və atası Yasin Əhmədovun dava-dalaş nəticəsində müxtəlif dərəcəli xəsarət almaları barədə məlumat daxil olub.

DİQQƏT.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Qeyd edilib ki, RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb, xəsarət alanlar və hadisə şahidlərinin izahatı alınıb.

İlkin araşdırmalar nəticəsində dava-dalaşa səbəb Qazax rayon Ağköynək kəndində fəaliyyət göstərən “Saloğlu" fərdi firmasında mühafizəçi işləyən Rəhim Əhmədlinin avtostansiyada müştəri toplamaq üçün dayanan mikroavtobus və və taksi sürücülərindən qanunsuz pul yığılması tələbi nəticəsində yaranan mübahisə olub.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir, sosial şəbəkə və bəzi xəbər saytlarında sürücülərin digər iddiaları aidiyyəti qurumlar tərəfindən araşdırılır./axar.az

8 views0 comments

Recent Posts

See All

コメント


bottom of page