Qazaxıstanla Rusiya arasında gərginlik güclənməyə davam edir.
DİQQƏT.info xəbər verir ki, Rusiyanın üç deputatı – Vladimir Jirinovski, Vyaçeslav Nikonov və Yevgeni Fyodorovun Qazaxıstanın şimal ərazilərinin Rusiya tərəfindən hədiyyə edilməsi, qazaxların bu ərazidə yaşamamalarına dair iddialarına Qazaxıstandan daha bir sərt reaksiya gəlib.
Qazax deputat Ömərxan Oksikbayev Rusiyanın Qazaxıstanı azad görmək istəmədiyini bildirib:
“Rusiya Ukrayna ilə müharibə vəziyyətindədir, Belarusun qarşısını alır və istəmir ki, 7500 kilometr sərhədi olan Qazaxıstan müstəqil olsun”.
Comments