top of page

Dağıstanda gərginlik - FSB İŞİD terror şəbəkəsini ələ keçirib

  • Xuraman Həmidova
  • Feb 6, 2021
  • 1 min read

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Dağıstanda bir terror qruplaşmasını ortaya çıxarıb.

DİQQƏT.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

FSB-nin keçirdiyi əməliyyat nəticəsində terror qruplaşmasına məxsus çox sayda silah-sursat (odlu silahlar, döyüş sursatları və snayper tüfəngləri) ələ keçirilib.

Qruplaşmanın bir neçə üzvünün saxlanıldığı, ikisinin isə əvvəldən həbs olunduğu bildirilib.

Qeyd edək ki, FSB bundan əvvəl bölgədə rusları İŞİD terror təşkilatına cəlb edən şəbəkəni ələ keçirib. Məlumata görə, saxlanılan şəxslər hazırlanmış yaraqlıların Suriyaya aparılmasını təşkil edib. Şəbəkənin Tümen, Tatarıstan və Dağıstan sakinlərini terror təşkilatına cəlb etdiyi ortaya çıxıb.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page