top of page

Damla müğənnilik etdiyi toyda atəş açıldı: Polis əməliyyat keçirdi - VİDEO

  • Xuraman Həmidova
  • Apr 12, 2021
  • 1 min read

Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqın edib.

DİQQƏT.info xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda odlu silahdan havaya atəş açılması səbəb olub.


İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.

Saxlanılanlar arasında Damlanın prodüseri Şamil İbrahimov da olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser həmçinin basqın zamanı lentə aldığı görüntüləri də “Instagram” səhifəsində yerləşdirib./qafqazinfo




Bình luận


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page