top of page

Daha bir şəhid dəfn edildi - FOTOLAR

  • Xuraman Həmidova
  • Jan 12, 2021
  • 1 min read

ree

Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Sənan Seyfullayev Masallıda dəfn edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Sənan Mətləb oğlu Seyfullayevin nəşi Masallı rayonuna aparılıb. Şəhid doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin qardaşına təhvil verib.

Qeyd edək ki, Sənan Seyfullayev könüllü olaraq Vətən müharibəsində iştirak edib. O, cəbhənin Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!


ree

ree

ree

ree

ree

ree

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page