top of page

Daha bir itkin düşən hərbçimizin şəhid xəbəri gəldi

  • Xuraman Həmidova
  • Feb 27, 2021
  • 1 min read

İtkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

DİQQƏT.info xəbər verir ki, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlunun nəşi tapılaraq, Bakıda yerləşən 2 saylı Fəxri və Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Y.Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimizin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb.

Y.Sadıqov ailəli idi, iki övladı var.

Allah rəhmət eləsin!

コメント


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page