Cəlilabad RİH-nin məmuru özünü asdı
- Xuraman Həmidova
- Dec 12, 2020
- 1 min read

Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib. DİQQƏT.info xəbər verir ki , RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb. Onun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. (report)



Comments