Cəbrayıl sakini minaya düşdü - RƏSMİ AÇIQLAMA
- Xuraman Həmidova
- Feb 25, 2021
- 1 min read

Cəbrayıl rayon prokurorluğu rayon sakininin minaya düşməsi haqqında məlumat yayıb. DİQQƏT.info xəbər verir ki, fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır./konkret.az
Comments