Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində əsir düşdüyü bildirilən erməni hərbçilərin valideynləri növbəti dəfə etiraz aksiyası keçirib.
DIQQƏT-info xəbər verir ki, valideynlər Şirak qubernatoru və əyalətin hərbi komissarı ilə görüşüblər.
“Bizim uşaqlarımızı niyə türklərə (azərbaycanlı – red) qarşı göndəriblər? Onların təhlükəsizliyinə kim cavab verir? Kim o oğlanları Hadruta göndərdi?” - valideynlər erməni qubernatora qəzəb dolu suallar yağıdırıblar.
Görüşdə iştirak edənlərdən biri bildirib ki, dostunun hərbi qulluqçu olan atası erməni komandirlərin döyüşdən necə qaçdıqlarını deyib:
“Komandir uşaqları Cəbrayılda saxlayıb. Onlar 3 sutka piyada 150 km yol gəliblər. Daha sonra onları yenidən göndəriblər və yenə başqa bir komandir onları atıb. Siz bizim uşaqlarımızın həyatı ilə oynayırsız”.
Qeyd edək ki, erməni əsgərlərin əsir götürüldüyü iddiası ilə videolar yayıldıqdan sonra erməni valideynlər öz övladlarını tanıyıblar. Məlum olub ki, orda görünən 150-yə yaxın gəncin hamısı Şirak rayonunun 3 kəndindən bir müddət əvvəl toplanıb və hadrut qəsəbəsi istiqamətinə göndərilib. Onların məhz 10 noyabr Bəyanatından sonra toplanması və Azərbaycana göndərilməsi isə bir çox sirləri üzə çıxarır.
Comments