“Fransa senatının qəbul etdiyi qətnamə tamailə boş və mənasız kağız parçasıdır”. Bunu Fransa Senatının qəbul etdiyi qondarma “Arsaxı” tanımağa çağıran qətnamə ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədri, Qarabağ qazisi Firidun Məmmədov bildirib. Firidun Məmmədov qeyd edib ki, əslində bu sənəd Fransanın həmsədr ölkə kimi vəzifəsinin öhdəsindən gələ bilmədiyini, tam qərəzli mövqe sərgiliyərək tərəfsizliyini inkar etdiyinin sübutudur: “Heç bir mənası və hüquqi bir qüvvəsi olmayan kağız parçasıdır. Əslində bu sənəd Azərbaycanın xeyrinədir. Çünki dünyada ədaləti, ərazi bütövlüyü prinsiplərini qəbul edən və öz ərazi bütövlüyünə hörmət edən dinindən, irqindən fərqli olmayaraq nə qədər ölkə varsa Azərbaycanın tərəfinə keçməsinə səbəb olacaq. Fransa Xarici İşlər naziri bu qərarın Ermənistana, Fransaya və Dağlıq Qarabağ xalqına xeyir verməyəcəyini söylədi. Belə qərarlar Azərbaycan ordusuna əsas verəcək ki, ermənilərin ayağını Azərbaycan torpaqlarından kəssin və sonuncu erməniyə qədər Qarabağdan qovaq. Fransa Ermənistanı qızışdırıb yenidən müharibəyə cəlb edəcək və bu da ermənilərin sonu olacaq. Rusiya prezidenti Vladimir Putin demiş bu ermənilər üçün intihara bərabər olacaq. Bəlkə də bu qərarlar gələcəkdə ilahi ədaləti bərqərar eləmək üçün erməniləri fitvalayıb, məhvini hazırlamaqdır. Ermənilərin ayağını birdəfəlik Azərbaycan torpaqlarından kəsmək üçün bəlkə də Allahın bir hikmətidir. Orada cəmi 3000-4000 erməni qalıb. Bir dəfə üstlərinə biz gəldik desək qorxudan onlar da qaçıb gedəcək. Ondan sonra görüm onlar kimin müstəqiliyini tanıyırlar. Zəngəzurun da müstəqilliyi var. Qərbi Azərbaycan (İrəvan) Respublikası məsələsi müzakirə olunur. Sədri də Qafar Çaxmaqlıdır. Məsələn Azərbaycan da, Türkiyədə də Qərbi Azərbaycanın müstəqilliyini tanıyacaq. Dünyada belə şeylər qəbul olunmaz. Fransa dövləti də bu qərarı qəbul etməyəcək. Bütün bunlar boş boğazlıqdan başqa bir şey deyil. Senat erməni iş adamlarından 5-10 manat pul alıb yalandan artistlik edir”. Nərgiz Mirzəyeva KONKRET.az
Xuraman Həmidova
Комментарии