top of page
Xuraman Həmidova

Bu istiqamətdə yeni hərbi əməliyyatlar realdır – Zülfüqarov


Azərbaycan bütün məsələlərə prinsipial şəkildə diqqət yetirir. Xüsusilə sərhədlərini beynəlxalq hüquq tərəfindən tanınmış şəkildə, tam və dəqiq bərpa edir.

DİQQƏT.info xəbər verir ki, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ordumuzun işğal dövründə Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədini bərpa etmək istiqamətində əməliyyatlara başlaması haqda yayılan xəbəri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu, gözlənilən proses idi:

“Ermənistanın Zəngilan-Qubadlı istiqamətində qanunsuz irəli çəkdiyi dövlət sərhədi boyunca rus sülhməramlıları yoxdur. Buna görə də erməni tərəfi rahat hərəkət edəcəyini düşünür.

Bu torpaqlar Azərbaycana məxsusdur. Ermənilərin arqumenti də maraqlıdır. Onlar qeyd edirlər ki, guya bu ərazidən keçən yol yeganə yoldur və geri çəkildikdə Qafan yolu Azərbaycanın nəzarəti altına düşür. Ancaq istənilən halda Ermənistan bu əraziləri qeyd-şərtsiz boşaltmalı, Azərbaycana təhvil verməlidir.

Azərbaycanın bu istiqamətdə yenidən hərbi əməliyyatlara başlaması mümkündür, lakin əvvəlcə məsələnin diplomatik həllinə müraciət etmək lazımdır. Azərbaycan hərbi əməliyyatlara başlamadan öncə rus sülhməramlıları ilə məsələni müzakirə etməli və onların vasitəsilə Ermənistanı bu kimi hərəkətlərə yol verməkdən çəkindirməlidir. Yəni məsələni itki vermədən həll etməyə çalışmaq lazımdır. Əks təqdirdə hərbi varianta əl ata bilərik”.

48 views0 comments

Recent Posts

See All

Comments


bottom of page