top of page
Xuraman Həmidova

Bu gün iki nəfər intihar etdi


Bu gün iki nəfərin intihar etməsilə bağlı məlumat yayılıb.

Daşkəsən rayonuda yerli sakin, özünü asaraq intihar edib.

DİQQƏT.info-nun məlumatına görə, hadisə rayonun Pirverdilər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1990-cı il təvəllüdlü F.Həsənov yaşadığı evdə özünü asıb.

Onun hansı səbəbdən intihar etməsi hələ ki, məlum deyil.


Daha sonra isə "Kristal Abşeron"un yeni tikilən binasında çalışan fəhlə özünü asaraq intihar edib.

Hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Kristal Abşeron"un yeni tikilən binalarının birində baş verib.

Həmin binada fəhlə işləyən, 1975-ci il təvəllüldlü Rauf Təhmasib oğlu Məmmədov özünü yeni tikilidə asaraq intihar edib. Məlumata görə, həmin binada yaşayış yoxdur, onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.


Hər 2 faktla bağlı araşdırmalara başlanılıb

24 views0 comments

Recent Posts

See All

Comments


bottom of page