Bu gün daha bir üzücü və dəhşətli xəbər aldıq. Vətən müharibəsi iştirakçısı Yardımlı rayon Urakəran kənd sakini Quliyev Fərid Rafiq oğlu fevralın 23-də saat 15.00 radələrində evlərinin yaxınlığındakı meşədə özünü asıb.
DİQQƏT.info-nun Yardımlıdan aldığımız dəqiq məlumatlara görə qazimiz müharibədən qayıtdıqdan sonra, heç bir ay deyilmiş ki, ailə həyatı qurmuşdu.
Məlumat üçün onu da bildirək ki, Fərid İraqın Nəcəf şəhərində dini təhsil alıb, mömin idi, namaz qılırdı.
İntiharda diqqət çəkən maraqlı məqam isə qazinin niyə hərbi formasını geyinərək özünü asmasıdır.Faktla bağlı araşdırmanın nəticələri yəqin ki, ictimaiyyətə açıqlanacaq.
Allah rəhmət etsin!
Commentaires