BDU-nun Jurnalistika fakültəsinin müəllimi Ağamusa Zeynalov vəfat edib
- Xuraman Həmidova
- Apr 21, 2021
- 1 min read

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Ağamusa Zeynalov vəfat edib.
DİQQƏT.info xəbər verir ki, A. Zeynalov ötən gün axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Ağamusa Zeynalov 1940-cı ildə anadan olub. 1958-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə jurnalistika ixtisası üzrə qəbul olunub. 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1973-1977-ci illərdə BDU-da “Bakı universiteti" qəzetinin redaktoru, 1965-1994-cü illərdə direktoru olub.
1994-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında baş müəllim vəzifəsində işləyib. 50 elmi, 600-dən çox publisistik məqalənin müəllifidir./bizimmedia
Allah rəhmət eləsin!
Comments