top of page

Baş nazir islam dininə qarşı təhqiramiz paylaşım etdi: “Qurandan başqa heç bir kitab…”

  • Xuraman Həmidova
  • Feb 24, 2021
  • 1 min read

Sloveniya Baş naziri Yanez Yanşanın Tvitterdə Quranla bağlı paylaşımı müzakirə mövzusuna çevrilib.

DİQQƏT.info xəbər verir ki, baş nazirin paylaşımında İslam dininin müqəddəs kitabına qarşı təhqiramiz ifadələr diqqət çəkib.

“Qurandan başqa heç bir kitab daha çox ölümə, ağrıya, zülmə, yoxsulluğa və sosial geriləməyə səbəb olmayıb”, - Yanşa qeyd edib.

Hökumət başçısının ittihamına Sloveniya İslam Birliyi cavab verib. Birlikdən verilən açıqlamada Yanşa yol verdiyi ifadələrə görə qınanılıb./teleqraf.com

Comentários


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page