top of page

Bayram Səfəfov Şuşanın başçısı vəzifəsindən uzaqlaşdırılır – ÖZƏL

  • Xuraman Həmidova
  • Dec 23, 2020
  • 1 min read

ree

Azərbaycanın qədim Şuşa şəhərinin işğalçılardan azad olunmasından xeyli zaman keçməsinə baxmayaraq, adıçəkilən rayonun Bakıda oturan rəhbəri Bayram Səfərov hələ də ora gedə bilməyib.

Qeyd edək ki, mediaya açıqlamasında icra başçısı bunu Şuşa ərazilərinin minalanması ilə əlaqələndirib. Ölkənin ayrı-ayrı dövlət strukturlarının rəhbərləri , jurnalistlər belə Şuşaya gedib.

Ona görə də Bayram Səfərovun bu açıqlaması qeyri-səmimi təsürrat yaradıb.

Gununsesi.info-nun araşdırması zamanı isə daha ilginc səbəb üzə çıxıb. Məlum olub ki, Bayram Səfərova Şuşaya getmək qadağan edilib. Məlumatda eyni qadağanın Şuşanı Milli Məclisdə təmsil edən deputat Tural Gəncəliyevə də şamil edildiyi bildirilir. Yaxın günlərdə Bayram Səfərovun Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunacağı da deyilir.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page