ABŞ tərəfi Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə onlayn formatda görüş təklifini qəbul etməyib.
DİQQƏT.info xəbər verir kii, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Təəssüf hissi ilə bildiririk ki, Amerika tərəfi Rusiya Prezidenti Vladimir Putinin ABŞ dövlət başçısı Co Baydenlə açıq videokonfrans formatında dialoq təklifini qəbul etməyib”, - nazirliyin açıqlamasında qeyd olunub.
XİN Rusiya-Amerika münasibətlərindəki gərgin vəziyyətdən çıxış yolu tapmaq üçün bir fürsətin əldən verildiyini və məsuliyyətin tamamilə ABŞ-a aid olduğunu vurğulayıb.
Rusiya-ABŞ münasibətləri ötən həftə Baydenin Putini “qatil” adlandırmasından sonra kəskinləşib./teleqraf
Kommentare