Keçmiş və qondarma, artıq de-fakto da gorbagor olmuş “dqr”in “təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyan separatçıların Qarabağla bağlı iddialardan əl çəkmədiyini nümayiş etdirib.
DİQQƏT.info xəbər verir ki, Balasanyan erməni mediasına açıqlamasında Qarabağda “peşəkar ordu” yaratmaq niyyətində olduqlarını açıqlayıb.
“Ermənistandan çağırışçılar yoxdur, amma biz qoşunları müqaviləli hərbi qulluqçulardan təşkil edirik. Lazımi səviyyədə say və keyfiyyəti təmin edəcəyik. Hərbçilərin Qarabağdan çıxarılmasına gəlincə, bu cür söhbətlər reallıqdan uzaqdır”, - Balasanyan bildirib.
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrin erməni seqmentində erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılmağa başlanması ilə bağlı məlumatlar yayılmışdı. Hazırda Ermənistandan həqiqi hərbi xidmətə çağırılanların da Azərbaycanın Qarabağ bölgəsinə artıq ikinci çağırışdır göndərilmədiyi təsdiqlənib.
Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının nəzarəti altına isə 52,7 min erməni köçürüldüyü rəsmən açıqlandı. Beləliklə, bu 52,7 min əhalinin hansı “muzdlu ordusu” ola biləcəyini təsəvvür etmək çətin deyil.
Əslində, Balasanyanın “yaratmaq” istədiyi ordu deyil və bunun “yaradılması” da mümkünsüzdür. Bu cür açıqlamalarda məqsəd düşmənçiliyi körükləmək və separatizm ideyalarını qorumaqdır. Qarabağdakı separatizmi erməni ordusu ilə birgə Ordumuz darmadağın etdi və Ermənistanın işğalçı siyasətini cəhənnəmə göndərdi, separatizmin kökü isə tör-töküntülərin həbsi ilə bitəcək.
Comments