Vitaliy Balasanyanın kim olması bizim üçün vacib deyil, ermənilərin milli qəhrəmanı sayılsa da, bizim üçün qatildir, satil!
Bu qatil yenə axmaq və sərsəm çıxışları ilə gündəmdə qalmaq və öz xalqının ürəyinə su səpmək üçün yenə çərənləyib.
DİQQƏT.info Teleqram kanallarına istinad edərək onun bu dəfə ki, çıxışından bir neçə epizodu nəzərinizə çatdırır:
"Arstax problemi həll olunmamış qalır. Əminliklə və inanaraq deyirəm ki, Dağlıq Qarabağ Muxtar vilayətinin keçmiş sərhədləri bərpa olunacaq.
Artsax heç vaxt Azərbaycanın təırkibində olmayacaq. Əgər Azərbaycan növbəti dəfə Artsaxa girişməyə cəhd edərsə. biz adekvat cavab verəcəyik."
P.S. Biz onsuz da belə sayıqlamaları eşitməyə öyrənmişik, lakin... Lakin biraz da fikirləşməyinə dəyər ki, nə baş verir ki. son günlər buna bənzər çıxışları tez-tez eşidirik?! Bu çaqqalların ulamasını ciddiyə almasaq da, gərək çomağımızı da əldən qoymayaq... Məsəl var, deyiblər: "Arxalı köpək qurd basar..."
Commentaires