top of page

Balasanyan sərsəmlədi: “Ermənistan və Rusiyanın rəhbərliyilə itirilmiş əraziləri geri qaytaracağıq"

  • Xuraman Həmidova
  • Jan 3, 2021
  • 1 min read

Müharibədən sonra yaradılan qondarma Dağlıq Qarabağın Təhlükəsizlik Şurası ilk dəfə açıqlamalar verib. DİQQƏT.info xəbər verir ki, “qurum”un sədri, general Vitaliy Balasanyan aşağıdakıları qeyd edib: “- Müharibəni uduzmağımıza səbəb Erməni liderlərin yanlış siyasətinin nəticəsidir; – Ermənistan və Rusiyanın rəhbərliyi ilə birlikdə itirilmiş əraziləri geri qaytaracağıq; – “Artsax” müdafiə ordusu bundan sonra Müdafiə Nazirliyinə deyil, mənim rəhbərliyimdə olan Təhlükəsizlik Şurasına tabe olacaq; – Ordunun yenidən qurulmasına rəhbərlik edəcəm, ləyaqətsiz komandirlərin orduda qalmasına icazə verməyəcəyəm; – “Artsax”ın bütün rəsmi orqanlarının “Facebook” səhifələri silinəcək”.Propress.az


Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page