top of page
Xuraman Həmidova

Bakıya xəyanət edən Milonova Leonid Kalaşnikovdan SƏRT REAKSİYA


“Bilirsiniz, nadir hallarda “həmkarlarımın” hərəkətlərinə və ya açıqlamalarına şərh verirəm. Ancaq burada susa bilmərəm. Çünki çoxmillətli bir ölkə olan Rusiyanın siyasi ab-havasını Milonov kimi millətçilərin zəhərləməsi qəbuledilməzdir. Əslində belə çıxışlara görə ölkə daxilində cinayət işi də başlanıla bilər. Təəssüf ki, Milonov xarici ölkə mətbuatına müsahibə verib və bu məqalə xaricdə dərc olunub. Müsahibədə həddindən artıq millətçilik ritorikaları var”.

DIQQƏT..info xəbər verir ki, bu fikirləri Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikov “Moskva-Baku.ru”- ya Milonovun açıqlamalarını şərh edərkən söyləyib.

Kalaşnikov əlavə edib ki: “Bu cür insanlar bir tərəfdən özlərinin milliyyətçi mahiyyətlərini biruzə verir, digər tərəfdən başqalarında millətçilik hisslərini oyatmaq istəyirlər. Bu adam məsuliyyətsiz çıxışları ilə Rusiyanın digər ölkələrlə, xüsusən də Azərbaycan, Türkiyə və hətta Ermənistanın özü ilə münasibətlərinə ciddi ziyan vurduğunun vərqində belə deyil. Millətçi bir deputatın öz mənfəətləri üçün bu cür danışması yolverilməzdir. Vitali Milonov Rusiyanın maraqlarını ifadə etmir. Buna heç bir şübhəniz olmasın”./Konkret.az

44 views0 comments

Recent Posts

See All

Comments


bottom of page