Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonovun erməni KİV-ə müsahibəsi zamanı Azərbaycan dövlətinə və xalqına qarşı qəbuledilməz ifadələr işlətmişdi.
Dövlət Dumasının üzvü Vitali Milonov Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini pozaraq, ölkəmizin işğaldan azad olunmuş ərazisinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib.
DİQQƏT.info olaraq Milonovun kim olduğunu qısa xatırlatmağımızın məqsədi odur ki, onu deyəsən ancaq ermənilər sevir, öz milləti nəinki sevir, hətta üzünə qarşı ən pis sözlərlə təhqir edirlər. Sankt- Peterburqda sakinlərlə görüşüb, söhbət etməyə elə onlar özləri imkan verməyib. Milonova çox ağır təhqiredici ifadələr işlədən insanlar onu danışmağa qoymayıblar və söyüş, təhqir yağışına tutrublar.
DİQQƏT.info əldə etdiyi həmin kadrları təqdim edir:
Commenti