top of page
Xuraman Həmidova

Bakının göstərişlərini dəqiqliklə, əlaçı tələbə kimi icra edirik – Abramyan


Ermənistan, Azərbaycan və Rusiya liderləri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 8-ci bəndində hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi qeyd olunur. Bununla bağlı iki sual yaranıb.

"DİQQƏT" xəbər verir ki, bunu “Facebook”dakı profilində “Enaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan yazıb.

O qeyd edib ki, Ağdam, Kəlbəcər və Laçının qaytarılması üçün qrafik mövcud olsa da səkkizinci bəndin həyata keçirilməsinə dair cədvəl yoxdur:

“Hətta Şuşa şəhərindən yan keçəcək yeni Laçın-Xankəndi avtomobil yolunun inşası üçün müəyyən bir vaxt çərçivəsi var. Ancaq hərbi əsirlər məsələsinə ikinci dərəcəli baxılır. Birinci məsələ budur”.

Tiqran Abramyan daha sonra yazıb: “İkincisi, bizim üçün son dərəcə vacib olan bu müddəanı həyata keçirmək üçün indiyədək müvafiq danışıqlar aparılmayıb? Ermənistan tərəfi faktiki olaraq əlaçı tələbəyə xas dəqiqliklə Qarabağın rayonlarını (?) bir-bir Azərbaycana təslim edir. Ancaq ölkəmizi qorumaq üçün döyüşən hərbi qulluqçular (əsirlikdə olanlar) və ölülərin cəsədləri ilə bağlı məsələ yalnız son günlərdə, özü də kütləvi mitinq və tənqid dalğasından sonra müzakirə mövzusuna çevrildi”.

Tiqran Abramyan bu hökumət və şəxsən Nikol Paşinyan üçün vətənin, ermənilərin heç bir qiymətinin olmadığını vurğulayıb:

“Yalnız belə bir insan vətənin və hərbi qulluqçularımızın itirilməsinə məhəl qoymaya bilər. Yeganə nikbin şərait budur ki, başa düşdüyüm qədər Rusiya tərəfi bu məsələ ilə məşğul olmağa başlayıb və bu da nəhayət bu mövzuda irəliləyiş əldə olunacağına ümid verir”. Teleqraf.com

27 views0 comments

Recent Posts

See All

Comments


bottom of page