“Dünyanın 200-ə yaxın şəhərində metro var. Hazırda Bakıdan başqa hansınınsa qapalı olduğu haqda məlumat var? Yəni karantin səbəbi ilə. Bildiyim qədər, Bakı metrosundan başqa hamısı işləyir”. DİQQƏT.info xəbər verir ki, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib. “Bakı digər 200 şəhərdən nədə bu qədər fərqlidir ki, metrosu az qala 1 ildir bağlı qalıb? Jurnalistlər bu sualı Operativ Qərargaha verməsələr, gərək ora sorğu göndərim, görüm nə deyirlər” – İ.Məmmədov bildirib./yenisabah
Comments