top of page

Bakıda sığınacaqda qalan qadının qohumları sığınacağa hücum etdilər - Xəsarət alanlar var

  • Xuraman Həmidova
  • Jan 12, 2021
  • 1 min read

ree

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

DİQQƏT.info xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin, sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib:

"Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib"./Axar.az

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page