top of page
Xuraman Həmidova

Bakıda piyadalara "baş əydirən" qaz xətti ilə bağlı Azəriqaz-ın AÇIQLAMASI


Paytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində çəkilən qeyri-standart qaz xətti piyadaların hərəkətinə ciddi maneə yaradır.

Bununla bağlı görüntülər sosial şəbəkədə izləyicilərin marağına səbəb olub.Yayılmış foto şəkildən də aşikardır ki, qaz xətti düzgün çəkilməyib.

Bu səbəbdən də piyadalar həmin yoldan keçən zaman əyilmək məcburiyyətində qalırlar.

DİQQƏT.info bildirir ki, məsələyə münasibət bildirən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov açıqlamasında bildirdi ki,artıq həmin ərazi üzrə qaz xəttinin piyadalar üçün çətinlik yaratdığından xəbərdardılar.

“Əməkdaşlarımız həmin ərazidə video-çəkiliş həyata keçiriblər və bununla bağlı kiçik video-məlumat əldə etmişik. Həmin ərazidə problemin aradan qaldırılması ilə bağlı işlər bizim planlarımız arasındadır. İşlər sabahdan etibarən icra olunacaq və problem aradan qaldırılacaq. Biz çalışacayıq ki, ərazidəki qaz xətti normal vəziyyətə gətirilsin ki, piyadalar rahat yoluna davam edə bilsinlər”. /Mətbuat.az




5 views0 comments

Recent Posts

See All

Comments


bottom of page