top of page

Bakıda OĞURLUQ HADİSƏSİ - Xadimə işlədiyi evdən 48 min manat apardı

  • Xuraman Həmidova
  • Apr 21, 2021
  • 1 min read

Bakıda evdən oğurluq edən qadın tutulub.

DİQQƏT.info bildirir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 23 000 manat pul və 15 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.

ความคิดเห็น


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page