Bakıda küçəyə atılmış qız uşağı tapıldı
- Xuraman Həmidova
- Mar 3, 2021
- 1 min read

Bakıda kimsəsiz azyaşlı tapılıb. DİQQƏT.info xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb. Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib. Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə APA-ya bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib. Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər./yenisabah
Comments