Bakıda evdən 5 nəfərin meyiti tapılıb.
DİQQƏT.info-nun xəbərinə görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Atilla Əliyev, Lətif Əliyev, İnkişaf Allahverdiyev, Şakir Allahverdiyev və Natiq Səfərovun mənzildən meyitləri tapılıb.
Meyiti tapılan şəxslərdən biri ev sahibi, digərləri isə evə gəlmiş qonaqlardır.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri haqqin.az saytı yayıb.
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.
DİQQƏT.info xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.
Comments