Bakıda DƏHŞƏT: Ata qızını zəhərli iynə ilə öldürdü
- Xuraman Həmidova
- Mar 23, 2021
- 1 min read

Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.
DIQQƏT.info-nun əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.
62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.
H.Salmanov saxlanılıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır./report
Comments