top of page

Bakıda bir-birinə bitişik 7 ev yanaraq külə döndü - VİDEO

  • Xuraman Həmidova
  • Mar 17, 2021
  • 1 min read


Bakının Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasının həyətindəki yeddi evdə yanğın baş verib.

DİQQƏT.info xəbər verir ki, yanğın bir evdən başlayıb və digərlərinə də keçib.

Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Evlərdən altısı Ramiz Əliyevə, digər bir ev isə onun oğluna məxsusdur. Ümumilikdə isə evlərdə beş ailə yaşayırmış.

Yanğın nəticəsində evlər içərisindəki bütün əşyalarla birlikdə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin beş yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Sakinlərin dediyinə görə, yanğın elektrik xətlərindəki qısaqapanmadan qaynaqlanıb. /Baku/ws





Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page