top of page

Bakıda binanın damında gənc qız meyiti tapıldı

  • Xuraman Həmidova
  • Apr 21, 2021
  • 1 min read

Bakıda binanın damında 25 yaşlı qızın meyiti aşkarlanıb.

DİQQƏT.info bildirir ki, Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page