top of page

Bakıda "ad günü"ndən qayıdan həkimlər ağır qəzaya düşdülər - Ölən və yaralananlar var

  • Xuraman Həmidova
  • Mar 12, 2021
  • 1 min read

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

DIQQƏT.info-nun aldığı məlumata görə Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb.

Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.

Qeyd edək ki, yaralılar Zığda yerləşən Modul Tipli Xəstəxananın həkimləridir. Onlar sonuncu dəfə Z.Əlizadənin doğum günü məclisindən çıxıblar.

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page