top of page

"Baku Steel Company"-nin həbs edilən rəhbərinin ittiham edildiyi maddələr məlum oldu

  • Xuraman Həmidova
  • Jan 29, 2021
  • 1 min read

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

DİQQƏT.info-nun xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

R.Məmmədovun vəkili Elçin Sadıqov report-a deyib ki, Rasim Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub.

Xatırladaq ki, R.Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir./report

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page