top of page

“Baklift-1”in rəisinə hökm oxundu

  • Xuraman Həmidova
  • Jan 27, 2021
  • 1 min read

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Taryel Qasımovun cinayət işi üzrə məhkəmə baxışı üzrə məhkəmə prosesi başa çatıb.

DİQQƏT.info-nun əldə etdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən T.Qasımova il 5 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası verilib və Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. Onun cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilib.

Qeyd edək ki, Qasımov Taryel Vahab oğlu barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham verilib./report

Comments


© 2020 diqqət.info bütün hüquqlar qorunur 

  • White Facebook Icon
bottom of page